Gömrük rüsumu güzəştlərinin ləğvindən sonra maşın bazarında vəziyyət NECƏDİR?

"Hal-hazırda bazarda qiymətlər sabit olaraq qalır".

Bunu Day.Az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib. 

O, gömrük rüsumu güzəştlərinin ləğvindən sonra maşın bazarında hazırki vəziyyəti şərh edib.

Ekspert bildirib ki, nə kəskin qiymət artımı, nə də nəzərəçarpacaq azalması qeydə alınır.

"Güzəştlərin müddəti bitib və artıq bu sahədə əvvəlki imtiyazlar tətbiq olunmur. Bunun nəticəsi olaraq, hibrid və elektromobillər yenidən öz köhnə qiymətinə qayıdıb. Əvvəllər tətbiq olunan güzəştlər qiymətlərə müəyyən təsir göstərsə də hazırda bu təsirin aradan qalxdığı görünür.

Ümumi götürdükdə, hal-hazırda bazarda qiymətlər sabit olaraq qalır. Nə kəskin qiymət artımı, nə də nəzərəçarpacaq azalması qeydə alınır. Bu da onu göstərir ki, bazarda əvvəlki dalğalanmalar artıq səngiyib", - deyə o bildirib.

Xatırladaq ki, 2026-cı il yanvarın 1-dən etibarən xaricdən idxal olunan hibrid və elektrik avtomobillərinə tətbiq edilən ƏDV və gömrük rüsumu güzəştlərinin müddəti başa çatıb.

Nəsimi Ələsgərli