https://news.day.az/azerinews/1839541.html Gəmidə həlak olan azərbaycanlıların ikisinin şəxsiyyəti məlum OLDU Azov dənizində PUA-ların vurduğu gəmidə həlak olanlardan ikisinin şəxsiyyəti məlum olub. Day.Az apa-ya istinadən xəbər verir ki, Palau bayrağı altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həlak olublar.

Gəmidə həlak olan azərbaycanlıların ikisinin şəxsiyyəti məlum OLDU

Azərbaycanca, 5 июня 2026 17:08 (UTC +04:00) 330
Gəmidə həlak olan azərbaycanlıların ikisinin şəxsiyyəti məlum

Azov dənizində PUA-ların vurduğu gəmidə həlak olanlardan ikisinin şəxsiyyəti məlum olub.

Day.Az apa-ya istinadən xəbər verir ki, Palau bayrağı altında üzən gəmiyə endirilən PUA zərbəsi nəticəsində Azərbaycan vətəndaşları Qismət Əliyev və Fuad Orucov həlak olublar.

Qismət Əliyevin gəmidə böyük mexanik, Fuad Orucovun isə kapitan olduğu bildirilib.

Yaralılardan birinin isə Samir Yaşar oğlu İbadzadə olduğu bilinib.

Yaralıların vəziyyətinin normal olduğu və hazırda Yeysk şəhər mərkəzi xəstəxanasının cərrahiyə və travmatologiya şöbələrində müalicə aldıqları bildirilib.

Qeyd edək ki, 5 iyunda Azov dənizinin Taqanroq körfəzində "Natra" və "Zirkon" yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib ki, bu gün gecə saatlarında heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib.

O bildirib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil. Hücum nəticəsində ümumilikdə 5 nəfər vətəndaşımızın həlak olduğu, 3 nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq məlumat daxil olub. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости