Daha həhlükəsiz rəqəmsal mühitə DOĞRU: Sosial şəbəkələrin yerli nümayəndəliklərinin MÜSBƏT TƏSİRLƏRİ
"Sosial şəbəkə platformalarının Azərbaycanda nümayəndəlik yaratması istifadəçilərin hüquqlarının müdafiəsi, rəqəmsal xidmətlərin təkmilləşdirilməsi və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması baxımından geniş imkanlar yaradır".
Bunu Day.Az-a açıqlamasında araşdırmaçı ekspert Məhbubə Mehdiyeva deyib.
O, sosial şəbəkə platformalarının Azərbaycanda nümayəndəlik yaratması və yerli tələblərə uyğun fəaliyyət göstərməsinin istifdəçilərin hüquqlarının müdafiəsinə təsiri barədə fikirlərini səsləndirib.
Ekspert qeyd edib ki, müasir dövrdə sosial şəbəkələr yalnız ünsiyyət vasitəsi olmaqdan çıxaraq ictimai rəyin formalaşdığı, məlumat mübadiləsinin aparıldığı və fərdlərin özünüifadə imkanlarının genişləndiyi mühüm rəqəmsal platformalara çevrilib.
"Azərbaycanda da milyonlarla insan gündəlik olaraq müxtəlif sosial media platformalarından istifadə edir. Bu baxımdan, həmin platformaların ölkədə nümayəndəlik yaratması və yerli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsi istifadəçilərin hüquqlarının müdafiəsi və rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Yerli nümayəndəliklər istifadəçilərlə platformalar arasında daha səmərəli əlaqələrin qurulmasına və xidmətlərin əlçatanlığının artırılmasına şərait yaradır.
Sosial şəbəkə platformalarının Azərbaycanda nümayəndəliklərinin fəaliyyət göstərməsi istifadəçilərin müraciətlərinə daha operativ baxılmasına və xidmətlərin daha çevik şəkildə təşkil olunmasına imkan verir. Bu, istifadəçilərin platformalarla qarşılıqlı əlaqəsini asanlaşdırır, onların sorğularının və müraciətlərinin daha effektiv şəkildə cavablandırılmasına şərait yaradır. Eyni zamanda, yerli nümayəndəliklərin fəaliyyəti platformalarla istifadəçilər arasında etimadın möhkəmlənməsinə və rəqəmsal xidmətlərin inkişafına töhfə verir", - deyə o bildirib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре