https://news.day.az/azerinews/1841475.html Binəqədidə köməksiz vəziyyətdə qalan uşaq xilas edilib - VİDEO Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Binəqədidə köməksiz vəziyyətdə qalan uşaq xilas edilib - VİDEO

Azərbaycanca, 15 июня 2026 10:05 (UTC +04:00) 286
Binəqədidə köməksiz vəziyyətdə qalan uşaq xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində uşağın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, 2015-ci il təvəllüdlü uşağın başının stadionun dəmir barmaqlıqları arasında sıxılaraq təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər xüsusi xilasetmə vasitələrini tətbiq edərək E.Gülməmmədovu xilas ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости