https://news.day.az/azerinews/1841504.html 20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edilib 20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri yaradılıb. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edilib

Azərbaycanca, 15 июня 2026 12:16 (UTC +04:00) 279
20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri təşkil edilib

20 tibb müəssisəsinin qarşısında minib-düşmə yerləri yaradılıb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durmaq qadağandır" yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.

Belə ki,

Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının,

Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının,

Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının,

Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin,

Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxasının,

Əcəmi Naxçıvani küçəsi, "Medera Hospital"ın,

Natiq Əhmədov küçəsi, "Məlhəm Beynəlxalq Hospitalı"nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости