ABŞ Nümayəndələr Palatası 1,15 trilyon dollarlıq müdafiə büdcəsini təsdiqləyib

ABŞ Nümayəndələr Palatası 2027-ci maliyyə ili üçün təxminən 1,15 trilyon dollar həcmində nəzərdə tutulan Milli Müdafiə Səlahiyyətləri Aktı (NDAA) çərçivəsində müdafiə büdcəsi layihəsini cüzi səs fərqi ilə qəbul edib.

Day.Az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

Məlumata görə, sənədin lehinə 216, əleyhinə isə 212 konqresmen səs verib.

Səsvermə zamanı yeddi respublikaçı qanunverici layihəni dəstəkləməyib, altı demokrat isə onun lehinə səs verib.

"The Hill" qeyd edir ki, hər il qəbul olunan NDAA adətən hər iki partiyanın dəstəyini qazanır. Lakin bu il sənəd ABŞ ilə İran arasında yaranmış münaqişə fonunda Konqresdə çətinliklərlə üzləşib.

Müdafiə büdcəsi layihəsi növbəti mərhələdə ABŞ Senatında müzakirə olunacaq. Sənəd Senat tərəfindən də təsdiqlənərsə, imzalanmaq üçün ABŞ prezidentinə təqdim ediləcək.