https://news.day.az/azerinews/1875865.html Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanca, 20 ноября 2026 16:43 (UTC +04:00) 225
Yağış yağacaq, çaylardan sel keçəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, noyabrın 21-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 23-ü səhərədək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости