Kəsmikli piroq, "Poğaça" - "Günün menyusu"

Day.Az представляет новость на азербайджанском языке.
Day.Az Axşam.az-a istinadən "Günün menyusu"nu təqdim edir:
Portağallı plov
Ərzaq:
Qara zeytun - 50 qr.
Su - yarım litr
Düyü - 250 qr.
Yağ - 50 qr.
Sarımsaq - 1 diş
Qəhvəyi rəngli şəkər tozu - 5 qr.
Portağal qabığı - 5 qr.
Fıstıq - 50 qr.
Duz zövqə görə
Hazırlanması:
Düyünü yuyub, suda bir az saxlayın. Tavaya yağı, düyünü, sarımsağı, şəkər tozunu töküb, üzərinə suyu əlavə edin. 45 dəqiqə vam odda bişirin. Suyu çəkiləndə duz, zeytun, xırdalanmış fıstıq və portağal qabığını əlavə edib, 5 dəqiqə saxladıqdan sonra süfrəyə verin.
Kəsmikli piroq
Ərzaqlar:
Xəmir üçün:
Un - 4 st.
Yağ - 300 qr.
Şəkər tozu - 1 st.
Qabartma tozu - 1 paket
Vanil
İç üçün:
Kəsmik - 3 əbəd
Yumurta - 2 dənə
Şəkər tozu - 2 st.
Hazırlanması:
Yağ, şəkər tozu, qabartma tozu, vanil və unu qatıb umac et. Kənarda şəkər tozu, yumurta və kəsmikdən ibarət iç hazırla. Umac formasında olan xəmiri iki hissəyə ayır. Xəmirin bir hissəsini yağlanmış tavaya töküb, üzərinə kəsmikli içi əlavə et. Xəmirin qalan hissəsini də tökdükdən sonra sobaya qoy.
Poğaça
Ərzaqlar:
Un - 3,5 st.
Qatıq - 1 st.
Bitki yağı - yarım qəhvə fincanı
Yağ - 125 qr.
Qabartma tozu - 1 paket
Yumurta ağı - 1 dənə
Duz zövqə görə
Hazırlanması:
Ərzaqları qarışdırıb, adi xəmir yoğurub, 20 dəqiqə saxla. Kənarda istədiyin ərzaqdan iç hazırla. (Poğaçanın içərisinə ya kartof püresi, ya pendir, ya da ət qoyulur). Xəmirdən bir az götürüb, içərisinə içlik qoyub, balaca kökələr düzəlt. Üstünə yumurta sarısı çəkib, sobada bişir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре