Azərbaycanda qız uşaqlarına verilən adlar

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda yeni doğulan körpələrə qoyulan adlar arasında qız uşaqlarına daha yaradıcı, fərqli adlar verilməyə başlanılıb.

Day.Az "Report"a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin məlumatlarına görə bu ilin yanvar ayı ərzində oğlan uşaqlarına qoyulan adlar arasında nisbətən fərqli olan Raul (24), Fateh (14), Onur (12) kimi adlar qoyulub.

Oğlan uşaqlarına əsasən, bütün zamanlarda daha çox verilən adlar verilir. Qız uşaqlarına verilən adların siyahısında isə yaradıcı, yeni adlar daha yer alıb. Belə ki, yanvar ayı ərzində Azərbaycanda doğulan 5 qıza Milana, 14 qıza Miray, 20 qıza isə, Nilay adı verilib.

Bundan başqa yanvar ayında qız uşaqlarına qoyulan adların siyahısında Nur (21), Banu (37), Aysu (32), Əsma (26), Damla (18), Əsnad (13), Duyğu (12), Mehin (11), Sevgi (11), Məsumə (11), Elif (8), Safiya (7), Sofiya (7), İlknur (6), Nihan (6), Selin (6), Səmra (6), Emiliya (5), Emilya (5) kimi adlar yer alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.