Brüsseldəki qırğınla bağlı son məlumat - YENİLƏNİB

Day.Az представляет новость на азербайджанском языке
-----------
18:12
Brüsseldəki teraktlarda ölənlərin sayı 32-yə çatdı: müstəntiqlər daha bir meyit tapıblar.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə məlumatı Belga agentliyi yayıb.
-----------
17:39
"Çərşənbə axşamı Brüsseldəki teraktlarda 31 nəfər ölüb, 270 adam yaralanıb və bu say yaxın günlərdə, hətta saatlarda arta bilər", - Brüsselin prokuroru Frederik van Lev deyib.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, Belçika DİN-in Krizis Mərkəzinin direktoru Alen Lefevr isə dəqiq rəqəmlər söyləməkdə çətinlik çəkib.
"Hazırda qurbanların identifikasiyası aparılır, ona görə də hələlik onların dəqiq sayını deyə bilmərik", - Lefevr jurnalistlərə deyib.
----------
12:54
Brüsseldəki teraktlarda ən az 31 adam həlak olub, 260 adam isə yaralanıb.
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu məlumatı Belçikanın səhiyyə naziri Meggi De Blok VRT telekanalının efirində deyil.
---------
10:20
Milli.Az bildirir ki, Brüsseldəki qırğınla bağlı son məlumat açıqlanıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Krizis Mərkəzinin yaydığı məlumata görə, Belçika paytaxtında martın 22-də törədilən teraktlarda 31 nəfər ölüb, 250 nəfər yaralanıb.
Milli.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре