Ailə qəzaya düşdü: 4 yaralı

Day.Az представляет новость на азербайджанском языке

"KANAL S" (Region TV) xəbər verir ki, bu gün Şəkidə yol qəza hadisəsi baş verib. Bakı şəhər sakini, 1950-ci il təvəllüdlü Kərimov Faiq Ağakərim oğlu idarə etdiyi 90-LU-889 dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə Nəriman Nərimanov prospektilə, hərəkətdə olarkən idarəetməni itirib və aşıb. Nəticədə sürücüylə yanaşı, onun qızı, 1982-ci il təvəllüdlü Bayramlı Sona, nəvələri, 2007-ci il təvəllüdlü Bayramlı Fateh Zeynal oğlu və 2008-ci il təvəllüdlü Bayramlı Fəridə Zeynal qızı yüngül bədən xəsarətləri alıblar. Yaralılar dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hadisəylə bağlı araşdırma  aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.