"Qalatasaray" hücum xəttini gücləndirir

Day.Az представляет новость на азербайджанском языке

"Galatasaray" heyətini daha bir futbolçu ilə gücləndirəcək. Maliyyə səbəblərindən Vilfred Boni ilə anlaşa bilməyən, Bas Dostla danışıqları davam etdirən "Cim bom" Baye Umar Niasseni icarəyə götürəcək.

Goal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubu bir mövsüm  "Everton"un 26 yaşlı forvardının xidmətlərindən istifadə edəcək. Niasse 2016-cı ilin qışında "Lokomotiv"dən Liverpul klubuna keçmişdi. Premyer Liqada öz oyununu tapa bilməyən hücumçu ötən mövsüm 5 oyunda qol vura bilməmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.