Hillari Klinton prezident seçilsə, ona dövlət katibliyi postunu təklif edəcək

Day.Az представляет новость на азербайджанском языке

Demokratlar Partiyasından prezidentliyə namizəd Hillari Klinton prezident seçildiyi təqdirdə dövlət katibi postunu ABŞ-ın vitse-prezidenti Cozef Baydenə təklif etmək niyyətindədir.

Day.Az APA-ya istinadən bildirir ki, bu barədə "Politico" qəzeti öz mənbələrinə istinadən yazıb. Qəzetin xəbərinə əsasən, H. Klinton və onun köməkçiləri C.Baydenə hələlik rəsmi təklif verməyiblər.
 
Siyahıda bu posta namizəd kimi dövlət katibinin keçmiş müavinləri Uendi Şerman, Bil Berns, Stroub Telbott və Nikolas Berns, dövlət katibinin keçmiş köməkçisi Kurt Kempbel və admiral Ceyms Stavridisin də adı çəkilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.