Gülbahar Şükürlünün qızı: “Analizlərin nəticəsi yaxşıdır”

Day.Az представляет новость на азербайджанском языке

Əməkdar artist Gülbahar Şükürlünün onkoloji xəstəlikdən əziyyət çəkməsi haqqında xəbər yayılıb.
 
Day.Az teleqraf.com-a istinadən bildirir ki, Gülbahar Şükürlünün qızı yayılan məlumatı əssasız adlandırıb: "Anam hazırda Bakıda deyil. İldə iki dəfə müayinədən keçir. Bu o demək deyil ki, onkoloji xəstədir. Çox şükür, heç bir problem yoxdur. Analizlərin də nəticəsi yaxşıdır. Tanınmış insan olduğuna görə xəstəxanaya gedəndə görüblər, ona görə də bu şayiə yayılıb".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.