Neft və avro bahalaşdı, dollar ucuzlaşdı

Day.Az представляет новость на азербайджанском языке

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Anspress xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti 38.45 dollara qalxıb.

"Texas" (WTI) markalı neftin bir barelinin qiyməti isə 36,83 dollar olub.

"AzəriLayt" markalı neftin qiyməti isə dəyişməz olaraq qalıb. "AzəriLayt" bir barrelinin qiyməti 38,27 dollardır. Azərbaycan üçün neftin qiymətində qırmızı xətt 40 dollar hesab edilir.

Əmtəə birjalarında da qiymətlər cüzi də olsa dəyişib. Qızılın qiyməti 1 qram üçün 34.24 dollar, gümüşün qiyməti 1 qram üçün 0.44 dollar müəyyənləşib.

Azərbaycan manatının məzənnəsində də dəyişiklik olub. Belə ki, dollar yenidən ucuzlaşıb, avro isə bahalaşıb. Mərkəzi bankın məlumatına görə, 1 ABŞ dollarının qiyməti 1.0491 AZN təşkil edib. 1 avro isə bahalaşaraq 1.1563 AZN-ə dəyişdirilir. Rusiya və Türkiyə valyutasında dmək olar ki, dəyişiklik olmayıb. 1 rubl 0.0149 AZN, 1 Türk lirəsi isə 0,3513 AZN olaraq müəyyənləşib.

Azərbaycan Mərkəzi Bankının ən son məlumatlarına görə ölkəmizdə xarici valyutaların məzənnəsi belədir: 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.