3 dəfə toyları təxirə düşən cütlük evlənir

Türkiyəli aktyorlar Serkan Keskinlə Meriç Aralın toyudur.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük sentyabrın 19-da nikah masasına əyləşməyə hazırlaşır. Mərasim İstanbulda keçiriləcək.

Qeyd edək ki, Serkanla Meriç 6 ildir münasibətdədir. Onlar ötən il də toylarını təxirə salmışdılar.

Cütlük ağır iş qrafiki səbəbindən toylarını ərtələdiklərini demişdi.