"Воскресное чтиво" на Day.Az: Стихи наших читателей. "Əsl müəllim"
Мы призываем наших читателей продолжать посылать на электронный адрес [email protected] различные публикации, касающиеся искусства, истории, культуры, этнографии, традиций Азербайджана, и многих других областей жизни нашей страны, а также свои рассказы, ранее не печатавшиеся в прессе.
Əsl müəllim
Bu gün müəllim adı,
Sanki, dəyərdən düşür.
Qocalır müəllimim.
Saçlarına dən düşür.
Dözmədin haqsızlığın
leysan yağışlarına.
Qurban olum üzünün,
Vaxtsız qırışlarına.
Çoxu tutdu bəd sözə,
Qiymətini bilmədi.
Sənə kəm baxan gözə,
Gözlərin gülümsədi.
Adın ilə ucalan,
adını bəyənmədi.
Ocağından od alan,
odunu bəyənmədi.
Heç zaman baş əymədin.
Zaman zülümkarına.
Sən nümunə olmusan,
Saxtakar həmkarına.
Bəziləri artıra,
Sərəfin, rəhmlərin.
Baş əyirəm önündə,
ESL MÜƏLLİMLƏRİN!!!
Elşad Barat
* * *
Yuxu yozan axtarıram
Yuxu yozan axtarıram, ay dədə,
Gördüyüm yuxunu o yozsun mənə.
Xeyrini şərini qoy düz anlatsın,
Işin düzün desin mənə, ay dədə.
Yuxuda Qarabağ bezib gəlmişdir,
Elə bil alçalıb hehqir olmuşdur.
Gözləri dolmuşdur,rəngi solmuşdur,
Incikdi küsgündü bizdən, ay dədə.
Gözünün içinə diqqətlə baxdım,
Sulalla doluydu onun gözləri.
Birdən qəzəblənib özündən çıxdı,
Söydü təhqir etdi biz nəsilləri.
Məni niyə parça-parça etdiniz,
Atıb bir dəfəlik çıxıb getdiniz.
Dediniz müqəddəs,dediniz ana,
Axı gözləməkdən gəlmişəm cana.
Boğazım qurudu bir az gözlədim,
Toxdayıb mən ona belə söylədim:
Musiqi beşiyi, igidlər yurdu,
Səni kimler namerdce vurdu?
Gözündə bir işıq parladı birdən
Yaxşı ki, Mübariz gəlmışdir eldən.
Ömrümü uzatdı ümüdüm atrdı,
Köməyi az idi məcbur qayıtdı.
O niyə tək gəldi, qırılmışdınız?
Yoxsa çox vuruşub yorulmuşsuzun?
Haqqım sizə haram olsun demərəm,
Gözüm yolda gözləyirəm hələ mən.
Qarabağdan çox hörmətsiz getdiniz,
Özünüzü köçkün, qaçqın etdiniz
Yaman adı üstünüzə götürdüz.
Yuxu yozan axtarıram, ay dədə!
Bu yuxular məni lərcə gətirib,
Ana vətən bizə ərizə gətirib,
İyirmi min balasını itirib,
Yuxu yozan axtarıram, ay dədə!
Yuxu yozan tapmasan gəl yanıma,
Alım qucağıma, basım bağrıma.
Kimin kim olduğun bilir bu vətən,
Sənə qıymaz bir vətənin, bir dədən.
Sonra çəkib Qarabağ qaranlıq ətəyini,
Pıçıltıyla söylədi axır kəlmələrini,
Ora qayıtmalıyam, ruhlar cavab istəyir,
Sizin hər birinizdən qəhrəmanlıq gözləyir.
Sərkərdəm söz verib biz gələcəyik,
Üç rəngli bayrağı gətirəcəyik.
Şuşa qalasıdır qərargahımız,
Sən bizim müqəddəs qibləgahımız.
Məhəmmədli-Ağdamlı Fərmanoğlu
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре