https://news.day.az/showbiz/405513.html
Emma Ələkbərzadə: "Ana olacağım düzgün deyil" - MÜSAHİBƏ
- Emma Ələkbərzadə artıq neçə ildir ki sənətdədir?
- Artıq on iki ildir ki, bu sənətdəyəm.
- İllərdir bu sənətdəsiz amma solo konsert etməmisiz? Nədir sizə mane olan?
- Solo konsert özüm istəməmişəm verim və hələ ki, istəmirəm. Mənə heç nə və heç kim mane ola bilməz, çünki Allah hər zaman başımın üstündədir.
- Sevda Ələkbərzadədən böyük olsanız da, bu sənətə Sevda xanımdan sonra gəlmisiz? Bəs o zamanlar nə ilə məşğul olurdunuz?
- O zaman mən İsrail səfirliyində yerləşən İsrail Mədəniyyət Mərkəzində çalışırdım, bilməyənlər üçün deyirəm ki, mən qiyabi olaraq Yerusalim (Qüds) Universitetini bitirmişəm, qiyabi olaraq Tarix fakültəsi və o mərkəzdə musiqi fəaliyyətimi də davam edirdim. Heç zaman müğənni olmaq istəməmişəm. Mənim birinci sənətim caz pianoçu bəstəkarlığıdır və hər zaman demişəm ki, müğənnilik mənim üçün bir hobbidir.
- Emma Ələkbərzadənin kilo verməsinin sirrini hələ də bilməyənlər var, necə oldu ki, bu qədər arıqladız?
- Sadəcə olaraq, həkim məsləhəti ilə ağzıma ağ qızıldan qıfıl vurub pəhriz saxladım (gülür).
- Nəyə görə gec-gec yeni mahnılar oxuyursuz, yaxşı mahnı yoxdur, yoxsa Emma xanım tez-tez yeni mahnılar ifa edən müğənnilərdən deyil?
- Tez-tez ağzıma gələni oxumaqdansa, gec-gec yeni mahnılar oxumağı üstün tuturam, amma sevənlərimin şikayəti yoxdur, hər zaman meni sevirlər, hörmət edirlər və gözləyirlər.
- Müğənni olaraq sizi daha çox sevirlər, yoxsa Sevda xanımı?
- Zövqlər müxtəlifdir, çünki hər ifaçının öz dinləyicisi var.
- Bu yaxınlarda ailə qurmusuz. Emma Ələkbərzadə necə bir həyat yoldaşıdır?
- Ümumiyyətcə, mən çoooox gözəl həyat yoldaşıyam (gülür).
- Həyat yoldaşınız Emil bəy sizi müğənni kimi dəstəkləyir?
- Emil hər zaman məni dəstəkləyir və müğənni kimi məni çox bəyənir.
- Həmkarlarınızdan kimləri toya çağırdız, amma onlar toya gəlmədi?
- Toya hansı həmkarımı çağırdım hamısı da gəldi, sağ olsunlar. Toyum da tam istədiyim kimi keçdi.
- Qalmaqallardan siz uzaq qaçırsız, yoxsa sizinlə qalmaqal etmək istəmirlər?
- Mənim tərbiyəm, səviyyəm və soyadım heç vaxt imkan verməz ki, mən qalmaqala baş qoşum. Neçə dəfə istəyiblər, amma alınmayıb.
- Sevda Ələkbərzadənin hansı mahnısını oxumaq istərdiniz?
- Sevdanın "Getmə gəl" mahnısını ifa edərdim. Çox bəyənirəm o mahnını.
- Bir ara ana olacağınız xəbəri yayıldı, bu, şayə idi, yoxsa?
- Yalan söhbətdir, ana olacağım düzgün deyil. İnşallah, Allah nə zaman nəsib etsə, o zaman da ana olacam.
- Emma xanımı sevənləri yaxın zamanda nələr gözləyir?
- Planlarım haqqında əvvəlcədən xoşlamıram danışmağı, qoy sürpriz olaraq qalsın.
Emma Ələkbərzadə: "Ana olacağım düzgün deyil" - MÜSAHİBƏ
Day.Az представляет новость на азербайджанском языке.
Müğənni Emma Ələkbərzadənin Milli.Az-a müsahibəsi.- Emma Ələkbərzadə artıq neçə ildir ki sənətdədir?

Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре