Flora Kərimova: "Çox gözəl, peşəkar ifa idi"

Day.Az представляет новость на азербайджанском языке.

Sənətçi Axşam.az saytına açıqlamasında xalq artistinin sonuncu konsertində keçmiş xatirələrə daldığını deyib:

"Brilliantın ifası məni keçmişə, nostalji musiqi dünyasına apardı. Çox gözəl, peşəkar ifa idi. Sevdiyim mahnıların hamısını bir arada dinlədim. Bu, indiki gənc ifaçılar üçün gözəl örnək oldu. Başa düşən bundan özünə pay götürəcək, yaxşı işlər görəcək.

Soyunub ortaya düşməklə, açıq-saçıq geyinib gəzməklə, xaricə gedib-gəlməklə deyil. İnsanın mənəviyyatı olmalıdır. Bunu isə gözəl, bacarıqlı işlərlə ortaya qoymaq lazımdır".

/Axşam.az/