https://news.day.az/showbiz/411603.html
Aktrisa Gülay Hüseynova: “Qəzaya düşdük” – FOTO
"Melodram janrında çəkilmiş "Oktyabr və Bakı" filmi 2 gəncin təsadüfi tanışlığından, sevgisindən və başlarına gələn gözlənilməz hadisənin həyatlarını necə dəyişməsindən bəhs edir. Filmin gənc və istedadlı rejissoru Orxan Sadıqoğlu eyni zamanda onun ssenari müəllifidir. Mən və tərəf-müqabilim, aktyor Ərturan Nəcəfi baş rolları oynayırıq. Filmdə Səbinə adlı olduqca çılğın bir obrazı canlandırıram. Ssenarini əlimə aldığım an rolumu çox sevdim. Sırf öz xarakterimə uyğun bir rol olduğu üçün çəkiliş vaxtı özümü hədsiz rahat və xoşbəxt hiss edirdim. Filmin operatorları Rüfət Kərimzadə, Daniel Quliyev, səs rejissoru isə Həmid Nəcəflidir.
Film Beynəlxalq Film Festivalı üçün nəzərdə tutulub. Çəkilişlərimiz bitib, filmin treyleri artıq hazırdır. Kiçik montaj işləri də tamamlanandan sonra təqdimatı nəzərdə tutulub. Çəkiliş komandamız olduqca maraqlı, istedadlı və zarafatcıl gənclərdən ibarət olduğu üçün "Oktyabr və Bakı" çəkilişləri üçün bəzən darıxıram", - deyə aktrisa bildirib.
Aktrisa çəkiliş vaxtı qəzaya düşməsi ilə bağlı maraqlı açıqlama verib:
"Biz Mərdəkan çəkilişinə gedəndə yolda qəzaya düşdük, ayaqlarım əzilmişdi. Ssenaridəki kimi, həyatda da çəkilişə gedəndə qəzaya uğradıq. Ssenaridə də qəzaya düşüb yaddaşımı itirirəm".



Aktrisa Gülay Hüseynova: “Qəzaya düşdük” – FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Tamaşaçıların "Ləkə" serialından tanıdıqları, əsas rollardan birinin ifaçısı olan gənc aktrisa Gülay Hüseynova "Oktyabr və Bakı" adlı yeni bir filmdə çəkilib. Aktrisa çəkiliş prosesi haqda fikirlərini bizimlə bölüşüb."Melodram janrında çəkilmiş "Oktyabr və Bakı" filmi 2 gəncin təsadüfi tanışlığından, sevgisindən və başlarına gələn gözlənilməz hadisənin həyatlarını necə dəyişməsindən bəhs edir. Filmin gənc və istedadlı rejissoru Orxan Sadıqoğlu eyni zamanda onun ssenari müəllifidir. Mən və tərəf-müqabilim, aktyor Ərturan Nəcəfi baş rolları oynayırıq. Filmdə Səbinə adlı olduqca çılğın bir obrazı canlandırıram. Ssenarini əlimə aldığım an rolumu çox sevdim. Sırf öz xarakterimə uyğun bir rol olduğu üçün çəkiliş vaxtı özümü hədsiz rahat və xoşbəxt hiss edirdim. Filmin operatorları Rüfət Kərimzadə, Daniel Quliyev, səs rejissoru isə Həmid Nəcəflidir.
Film Beynəlxalq Film Festivalı üçün nəzərdə tutulub. Çəkilişlərimiz bitib, filmin treyleri artıq hazırdır. Kiçik montaj işləri də tamamlanandan sonra təqdimatı nəzərdə tutulub. Çəkiliş komandamız olduqca maraqlı, istedadlı və zarafatcıl gənclərdən ibarət olduğu üçün "Oktyabr və Bakı" çəkilişləri üçün bəzən darıxıram", - deyə aktrisa bildirib.
Aktrisa çəkiliş vaxtı qəzaya düşməsi ilə bağlı maraqlı açıqlama verib:
"Biz Mərdəkan çəkilişinə gedəndə yolda qəzaya düşdük, ayaqlarım əzilmişdi. Ssenaridəki kimi, həyatda da çəkilişə gedəndə qəzaya uğradıq. Ssenaridə də qəzaya düşüb yaddaşımı itirirəm".
Böyütmək üçün şəkillərə klikləyin.



Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре