https://news.day.az/society/370743.html
Xlordan istifadə hansı xəstəliklərə gətirib çıxarır?
Xlor kəskin qoxulu sarımtıl-yaşıl rəngli qazdır. Birinci Dünya müharibəsində xlordan zəhərləyici maddə kimi istifadə edilib. Kimyəvi reaksiyalarda tərkibində xlor olan birləşmələrdən və xlorlu sudan xlor aldıqda o, təhlükəli sayılır. Tərkibində xlor olan ağardıcılardan istifadə etdikdə otağın havasını yaxşı dəyişmək lazımdır. Xlorun hətta kiçik dozası nəfəs yollarını güclü qıcıqlandırır.
Xlor Yerin ozon qatının dağılmasında əsas faktorlardan biri sayılır. Bir sözlə, xlor güclü zəhərləyici qabiliyyətə malik olan maddədir.
Yadınızda olar yəqin, bir neçə il əvvəl səhərin gözü açılmamış "xlor var, xloooor" çağırışına yuxudan ayılardıq. Paytaxtın küçələrindən ucqar kəndlərə qədər səyyar satıcılar əllərində xlor qabları qışqıra-qışqıra müştəri çağırardılar. Litri 60 qəpiyə olan xlor da zaman keçdikcə bahalaşmağa başladı. Ancaq çox keçmədi ki, yuyucu vasitələr bazarında məhsulların çeşidliliyinin artması "xlor bazarı"na da təsirini göstərdi, demək olar ki, indi xlorsatanların da bazarı "ölüb".
Sumqayıtdakı xlor istehsalı ilə məşğul olan müəssisələrin çoxu bağlansa da, hələ də satışa ümid bəsləyən bir neçə sex fəaliyyət göstərməkdədir. Sahibkarlar çox zaman satışda problemlər yaşadıqları üçün işçilərə əmək haqqı əvəzinə qablarda xlor verirlər.
... Əlində iki dolu qabla "xlor var, xlooor" deyə qışqıran qadın müştərinin olmadığını görüb dayanacağın yaxınlığında dayandı. 56 yaşlı Nəcibə Əliyeva əslən Zəngilan rayonundandır. Qaçqınlıq həyatı ilə üzləşən qadın Sumqayıtda yaşayır. Dediyinə görə, həyat yoldaşını müharibədə itirib. Hazırda Sumqayıtda yataqxanada yaşayır. "3 qızım var, ikisini köçürmüşəm, balacam hələ yanımdadır. BDU-da oxuyur. Özümüzü dolandırmaq üçün xlor sexlərinin birində çalışırdım. Müdir əmək haqqını vaxtında verməyə çalışsa da, iki il öncə sexi bağlamaq məcburiyyətində qaldı. Bizə bildirdi ki, işçilərə maaş verməyə imkanı yoxdur. Kim istəyirsə, qalıb işləyə bilər. Şərt də belə oldu ki, işləyənlərə maaş əvəzinə xlor veriləcək. Mən qalıb işləməyə razılaşdım" deyən həmsöhbətimiz həftənin 3 gününü sexdə işləyir, 4 gününü isə maaş əvəzinə aldığı xloru satıb, ailəsini dolandırır.
N.Əliyeva deyir ki, xlorun litri onlara verilərkən 40 qəpikdən hesablanır. Onlar da qazanc götürmək və yol pulunu çıxarmaq məqsədilə onu bir qədər baha - 70-80 qəpiyə satırlar. Hazırkı dövrdə xlorun satışına gəlincə, müsahibimin sözlərinə görə, satış səviyyəsi çox aşağıdır. "Bir az Xırdalanda gəzdim. Cəmi iki litr xlor sata bilmişəm. İndi gedirəm Bakı kəndlərinə. Kənd əhli xlora daha çox üstünlük verir. Demək olar ki, hər həftə Maştağada, Nardaranda 30-40 litr xlor satıram. Artıq bu işlə uzun illər məşğul olduğuma görə, daimi alıcılarım da var. Hər yerdən əlim üzüləndə, bilirəm ki, ən azı 20-30 alıcım var".
Xlorsatan deyir ki, əvvəl Bakıda fəaliyyət göstərən restoran və kafelər qabların dezinfeksiyası üçün ondan daha çox xlor alırdılar. Onun sözlərinə görə, daimi alıcılarına xloru həm ucuz, həm də su qatmamış satırmış. Amma alıcı kütləsi azaldıqca, xlorun qiymətinin qalxdığı kimi, tərkibi də dəyişib. "Əvvəllər xloru təmiz satırdım. Yəni sexdən verildiyi kimi. Amma zaman keçdikcə, su qatmağa başladım. Daimi müştərilərə yenə də təmiz satıram. Hər zaman qabların biri su ilə qarışıq, digəri isə təmiz xlorla dolu olur".
Xlorsatan çörəyinin xlordan çıxdığını deyir: "Əvvəllər bizə satışa qadağa qoymurdular. İndi yeni yuyucu vasitələr çoxaldığı üçün xlor satışına qadağa qoyublar. Guya zəhərlidir, ay nə bilim, insan orqanizminə zərəri var".
Dediyinə görə, sürücülər onları əllərində "konistr" görəndə avtobusu saxlamırlar: "Guya ki, xlorun iyi onlara toxunur. Metrodan heç danışmıram, yaxınına belə buraxmırlar".
N.Əliyeva xlordan istifadə edən qadınlara bu zaman ağız-burunu bağlamağı məsləhət görür: "Xlorun qoxusu nəfəs yollarına daxil olarsa, problem yarada bilər".
Avtobusun gəlməsi satıcının sözlərini ağzında yarımçıq qoydu. Qaça-qaça avtobusun arxa qapısından avtobusa mindi.
Terapevt Məlahət Abbasovanın sözlərinə görə, məişətdə xlorun istifadəsi anemiya, ürək-damar xəstəlikləri, ağciyərlərdə və tənəffüs yollarında müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. "Xlordan istifadə edərkən diqqətli davranmaq lazımdır. Xlor dərini yandırır, saç dibinə dəyərsə, saçın tökülməsinə səbəb ola bilər. Ağır və zəhərli qaz olduğu üçün ciyərləri yandırır və xərçəng riskini artırır. Xanımlarımıza məsləhət görərdim ki, xlor və tərkibində xlor olan yuyucu vasitələrindən istifadə edərkən diqqətli olsunlar. Ən yaxşı hal isə belə vasitələrdən istifadə etməməkdir. Düzdür, xlor ləkə çıxarmaq və ağartmaq qabiliyyətinə malik olsa da, bir damlası ölüm deməkdir. Evdə xlor və tərkibində xlor olan vasitələr uşaqların əli çatmayacağı yerlərdə saxlanılmalıdır".
/ekspress.az/

Day.Az представляет новость на азербайджанском языке.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре