Bakıda yanğın - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Bakıda, Nəsimi rayon ərazisində yanğın başlayıb.

Milli.Az-ın aznews.az-a istinadən məlumatına görə, C.Məmmədquluzadə küçəsində baş verən yanğını söndürmək, hələ ki, mümkün deyil.

Yanğın məcburi köçkünlərin yaşadığı evlərdə baş verib. Ərazidə 8 ailə yaşayır.

Ərazidəki tikinti işləriylə bağlı olaraq hadisə yerinə yalnız bir yanğınsöndürən yaxınlaşa bilib.

Bir neçə nəfərin yanğın içərisində qaldığı bildirilir.