Vətəndaşlarımız bundan məlumatsızdır

Day.Az представляет новость на азербайджанском языке.

Bu il Azərbaycanda həyat sığortasının həcmi ötən illə müqayisədə 16% artıb. Ancaq ümumi bazarda həyat sığortası digər sığorta növləri ilə müqayisədə geridə qalır. Mütəxəssislər hesab edir ki, buna əsas səbəb vətəndaşların məlumatsızlığıdır.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 26%-i həyat sığortasının payına düşüb. Halbuki Birləşmiş Ştatlar və Qərbi Avropa ölkələrinin əhalisinin 80%-i həyat sığortası etdirirlər ki , bu da ümumi bazarın 60-70%-ni təşkil edir. Azərbaycanda cəmi 3 həyat sığortası şirkəti var. Bu şirkətlərin göstərdiyi xidmətlər arasında geniş yayılanlardan biri həyatın ölüm halından sığortasıdır.

Həyatın yaşam sığortasına da son illər maraq artır. Həyat sığortasının Annuitet növü isə sanki pensiya rolunu oynayır. Şəxs müqavilədə göstərilən müddətə, məsələn, 70 yaşına qədər sığorta haqqı ödəyir, bu yaşa çatdıqdan sonra isə sığorta şirkəti ona aylıq sığorta ödənişi edir.

Azərbaycanda icbari sığorta növlərində yalnız biri həyat sığortasına aiddir. Bunlarla yanaşı, həyat sığortasına əmək qabiliyyətinin itirilməsi və sağalmaz xəstəliklərdən sığorta da daxildir. Şəxs hər hansı bir səbəbdən əmək qabiliyyətini itirir və ya sağalmaz xəstəliyə düçar olursa, ona birdəfəlik və ya hissə hissə sığorta ödənişi edilir. Həyat sığortasında sığorta haqları şəxsin yaşından, peşəsindən və sağlamlıq vəziyyətindən, sığorta məbləğindən və sığorta dövründən asılıdır.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

фото