İki il ölən anasının pensiyasını aldı

Day.Az представляет новость на азербайджанском языке

Bakı sakini 2013-cü ildə ölən anasının pensiya pulunu alıb.

Milli.Az-ın verdiyi xəbərə görə, hadisə Xəzər rayonunda baş verib.

Dövlət Sosial Müdafiə Fondunun Xəzər Rayon Şöbəsindən hüquq-mühafizə orqanlarına bildirilib ki, Hövsan qəsəbəsi Südçülük sovxozunda yaşayan, 1939-cu il təvəllüdlü Gövhər Əliyeva 2013-cü ilin avqustun 7-də vəfat edib. Lakin onun qızı, 1962-ci il təvəllüdlü Şəfaqət Əliyeva anasının ölümü barədə Fonda məlumat verməyib və 2015-ci ilin iyul ayına kimi G.Əliyevaya məxsus təqaüd kartından 3895 manat mənimsəyib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.