5 ölkənin vətəndaşları erməni vəhşiliyini lənətlədi - FOTO

Day.Az представляет новость на азербайджанском языке
Nümayiş zamanı Ermənistanın bayrağı yandırıldı.
Qubadakı kütləvi məzarlığa son günlər axın güclənib. anspress-in məlumatına görə, 31 mart Azərbaycanlıların soyqırımı günü ərəfəsində erməni vəhşiliyinin canlı nümunəsi olan Qubadakı kütləvi məzarlıqda böyük izdiham yaşanır. İlboyu bu məzarlıq mütəmadi ziyarət edilsə də, son vaxtlar, xüsusən Novruz tətili günlərində bura gələnlərin sayı artıb. Bu gün isə Quba məzarlığını Beynəlxalq Diospara Mərkəzinin xətti ilə 4 xarici ölkədən gəlmiş əcnəbi vətəndaşlar ziyarət eləyiblər.
Əvvəlcə məzarlıqda mitinq keçirilib. Zaman-zaman ermənilərin azərbaycanlılara qarşı törətdiyi dəhşətli, analoqu olmayan soyqırımdan danışılıb, dünya dövlətləri, xüsusən qərb müsəlmanların soyqımına son qoymağa çağırılıb. Günahsız insanların uyuduğu məkan hörmət və ehtiramla anılıb. İştirakçılar bu faciənin günahkarlarının ciddi cəzalandırılmasını tələb ediblər.
Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova bildirib ki, bizim başımıza bütün işlər unutqanlığımıza görə gəlir:
"Biz analar terrora, soyqırıma yox deməliyik, heç nəyi unutmamalıyıq".
İsrail vətəndaşı, sülhməramlı səfir Aleksander Şapiro Suliman isə deyib ki, məzarlıqdan yəhudi başını götürüb İsrail parlamentinə təqdim edən, bütün dünyaya, Avropaya göstərən qurum məhz onların təşkilatıdır: "Biz bu başları bütün dünyaya yaydıq. Söz veririk ki, bundan sonra da həqiqətləri çatdırmağa davam edəcəyik".
Beynəlxalq Diospora Mərkəzinin sədri İsmayıl Ağayev isə bildirib ki, Qarabağ işğaldan azad edilməyənə qədər, beynəlxalq gücləri inandırmayana qədər bu yolu davam edəcəklər: "Hesab edirik ki, onların qisasını almasaq Quba məzarlığında şəhid olmuş dəyərli bacı- qardaşlarımızın ruhu bizi bağışlamaz".
Məzarlıqda olarkən diqqət çəkən bir məqam isə Bakı məktəblisi İlham Əliyevin məzarlıqdakı insan sümüklərini xüsusi ehtiramla anması olub.
"Mən bura baxanda ermənilərə nifrətim daha da artdı və azyaşlıların necə öldürüldüyünü bildim", - deyə məktəbli bildirib.
Sonda Ermənistan bayrağına od vurulub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре