Hansı qidalar yanaqların sallanmasının qarşısını alır?

Day.Az представляет новость на азербайджанском языке

Yaş artdıqca insanın fizioloji qurluşu dəyişir. Bu üzdə yanaqların sallanmasına da təsir edir. Ancaq bu gün kosmetik üsullarla yanaqlara təsir etmək olur. Day.Az atv.az-a istinadən bildirir ki, yanaqlara möhkəmliyi üçün təbii məhsullar araşdırılıb.

Gəlin bu maskalara diqqət edək:

Avokado + bal

Avokado dərinin nəmliliyini, möhkəmliyini, cavanlığını qorumağa təsir edir. Bu komponent  maskalar əzələləri hərəkətə gətirir və qırışların yaranmasını qarşısını alır.

Yarım dəymiş avokado və üzərinə 2x.q təbii bal qarışdırılır. Qarışıq dəriyə çəkilir və 15 dəqiqə saxlanılır, sonra ilıq su ilə yuyulur. Bu resepti yaxşı olar ki, axşam saatlarında yatmadan öncə edilsin.

2. Qatıq + aloye

Qatıq dəriyə çox gözəl möhkəmləndirici effekt verir. Bu maska daha çox səhər etmək yaxşı təsir edir.

Təzə 4 x.q kənd qatığı, 2x.q aloye şirəsi ilə qarışdırılır. Bir məhlul alınana kimi yaxşı qarışıdırılır. Sonra hazır qarışıq üzə çəkilir 20 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur.

Bu maskalarla bərabər güzgü önündə üz qimanasitik hərəkləri də edilməlidir.

Başlanğıc üçün dodaqları geniş açaraq  10 saniyə gülümsünək vəziyyəti alınır. Sonra ağzı sərbəst saxlayıb 5 dəfə bu hərəkət təkrar edilir.

Ağız boşluğuna hava doldurulur 10 saniyə saxlanılır. Bu hərəkət də 5 dəfə edilməlidir.

Həmçinin daxili sağlamlıq və zahiri gözəllik üçün mütləq sağlam qidalanmaq məsləhətdir. Orqanizm təmizlənməli və təbii şirələr içilməlidir. Bunlarla bərabər qidalanmada şirniyyatı azaltmaq, tərəvəz salatını artırmaq, çərəzlərə, adi, çiy suyun içilməsinə xüsusi diqqət edilməsi məsləhətdir.

Sonra üzdə massaja yer verilməlidir. Aşağıda təqdim etdiyimiz materialdakı kimi edilməsi məsləhətdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.