Türkiyədə 9 ali təhsil müəssisəsinə yeni rektor təyinatı olub

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə 9 ali təhsil müəssisəsinə yeni rektor təyinatı olub.

Day.Az "Report"a istinadən bildirir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısı Türkiyə Ali Təhsil Şurasının (YÖK) təklif etdiyi namizədlər arasından professor, doktor Mustafa Verşan Kökü Orta Şərq Texniki Universiteti (ÖDTÜ), prof. dr. İbrahim Uslanı Qazi Universiteti, prof. dr. Erkan İbişi yenidən Ankara Universiteti, prof. dr. Alim Yıldızı Cümhuriyyət Universiteti, prof. dr. Mustafa Kibarı yenidən Çuxurova Universiteti, prof. dr. Ahmet Kızılayı İnönü Universiteti, prof. dr. Süleyman Baykalı yenidən Qara dəniz Tekniki Universiteti, prof. dr. Erhan Tabakoğlunu Trakya Universiteti və prof. dr. Bahri Şahini Ulduz Tekniki Universitetinin rektoru təyin edib.
Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində ali təhsil müəssisələrində də "kütləvi təmizləmə" aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.