İtaliyada dəhşətli zəlzələ: minlərlə ev dağıldı, 250 ölü

Day.Az представляет новость на азербайджанском языке

-------------------
25.08.2016
09:50

Milli.Az Reuters-ə istinadən bildirir ki, İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 250 nəfərə çatıb.

XXX

İtaliyanın mərkəzi hissəsində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 247 nəfərə çatıb. Bu barədə Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir.

------------------
24.08.2016
17:20

İtaliyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 63 nəfərə çatıb.

---------
09:13

İtaliyada 6,1 bal gücündə zəlzələ baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Akuila şəhərindən 48 km şimalda olub.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

XXX

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyanın mərkəzi hissəsində 6,3 bal gücündə zəlzələ baş verib.

TASS informasiya agentliyinin məlumatına görə, yeraltı təkanlar İtaliyanın mərkəzi vilayətlərinin sərhədində Terni şəhərində qeydə alınıb. Bu barədə Avropa Seysmoloji Mərkəzi (EMSC) xəbər yayıb. Məlumata görə yeraltı təkanların episentri 50 km şimalda Lakuila və Ascoli Piceno şəhərindən təxminən 24 km qərbdə olub. Təbii fəlakət ocağı 2 km dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində ciddi zərər Amatrice şəhərinə dəyib, evlərin dağıntıları altında qalanlar var. Bu barədə şəhər meri Serdjo Pirocci Rai News 24 telekanalının efirində bildirib. O, deyib: "Şəhərə gedən əsas yollar fəaliyyət göstərmir, şəhərin yarısı dağılıb. İnsanlar dağıntılar altında qalıb. Sürüşmə baş verib, körpünün uçması mümkündür".

XXX

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyada baş verən zəlzələ nəticəsində ciddi zərər Amatrice şəhərinə dəyib, evlərin dağıntıları altında qalanlar var. İlkin məlumatlara görə, Amatricedə iki, Akkumoli şəhərində isə dörd nəfər ölüb. Xilasetmə əməliyyatı üçün onlarla yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Qeyd edək ki, sonuncu güclü zəlzələ 2009-ci ildə Lakuila şəhərində baş verib. Onda təxminən 300 nəfər həlak olmuşdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.