İtaliyada zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları var?

Day.Az представляет новость на азербайджанском языке
"İtaliyada baş verən güclü zəlzələ nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır".
Day.Az bildirir ki, bunu report-un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın İtaliyadakı səfirliyi bu məsələni İtaliyanın müvafiq qurumları ilə araşdırır.
Qeyd edək ki, ötən gecə İtaliyanın mərkəzində 6,2 bal gücündə zəlzələ olub. Nəticədə azı 14 nəfər həlak olub, onlarla insan yaralanıb. Bir çox şəhərlərə ciddi ziyan dəyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре