Hələ də avtomobili sovet dövlət nömrə nişanı ilə idarə edənlər var!

Day.Az представляет новость на азербайджанском языке

Hələ də avtomobilini köhnə sovet dövlət nömrə nişanı ilə idarə edən sürücülər var. Bakı kəndlərində və ucqar kəndlərdə rast gəlinən həmin avtomobillər də xüsusən elə sovet istehsalı olan maşınlardı. Yol polisi bunun qanun pozuntusu olduğunu deyərək həmin sürücülərə xəbərdarlıq edir.

Sovet istehsalı olan bu avtomobilin üzərindəki dövlət nömrə nişanı da elə o dövrə məxsusdu. 41-42- AQ sovet dövlət nömrə nişanlı bu Vaz-2106 markalı avtomobil aeroport yolunda sürücülər tərəfindən çəkilib. Baxmayaraq ki, artıq bu nömrələr nəyinki Azərbaycanda bütün dünyada etibarsız hesab olunur.

Day.Az xezerxeber.com-a istinadən bildirir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, belə dövlət nömrə nişanlı avtomobillərin yollarda hərəkəti təhlükəlidir. Bu isə bir sıra suallar ortaya çıxarır. 25 ildir müstəqil olan Azərbaycanda belə maşınları indiyədək dövlət yol polisi görməyib? yaxud bu avtomobillər ümumiyyətlə texniki baxışdan keçmir? Bundan əlavə başqa problemlər də var bu avtomobillə hər hansı bir hadisə törədilərsə o sürücünü necə məsuliyyətə cəlb etmək olacaq? Maraqlısı budur ki, heç müasir kamera və radarlar da bu avtomobillərin xətalarını qeydə ala bilmir.

Ekspertin sözlərinə görə, sovet dövlət nömrə nişanı ila avtomobili idarə edən sürücü aşkar edilərsə ona hansısa cərimə yazılıb sərbəst buraxılmamalıdır. Məcburi şəkildə avtomobil yenidən qeydiyyata alınmalıdır.

Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, belə avtomobillər təhlükəsiz şəhər kameraları vasitəsi ilə aşkar edilirsə dərhal həmin ərazi üzrə xidmətdə olan yol ptarul avtomobillərinə xəbər verilir və yol hərəkətindən kənarlaşdırılır. Bölmə rəisi avtomobilini standarta uyğun olmayan nömrə ilə idarə edən sürücülərə xəbərdarlıq etdi!

Videonu izləmək üçün şəklə klikləyin:

Hələ də avtomobili sovet dövlət nömrə nişanı ilə idarə edənlər var!

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.