https://news.day.az/showbiz/556106.html
Müğənnilər uşaq evindən pul istədilər
Day.Az представляет новость на азербайджанском языке
Xinayaxdı mərasimlərinin aparıcısı kimi tanınan, şairə Nazilə Səfərli Azərbaycan sənət adamlarının iç üzünü açıb.
AzNews.az xəbər verir ki, N.Səfərli özünün Facebook səhifəsində yazıb ki, Azərbaycanın adlı-sanlı sənətçiləri kimsəsiz, uşaq evində məskunlaşan qızın nişan mərasimində oxumaq üçün pul istəyiblər.
"Fevralın 15-də Gəncə şəhərində atılmış uşaqların evindən bir qıza nişan taxılacaq. Bunun üçün çox sevinirəm. Üzüldüyüm isə bir şey var. Toylarda qaz vurub qızıl toplayan müğənnilər, ad alan artistlər uşaq evinin müdirindən pul istəyiblər. Onlardan fərqli olaraq mən gedırəm, nişan gecəsini özüməməxsus idarə edəcəyəm. Azərbaycanın yetim qızının nışanını isə oxumaga sizcə kim gedır? Doğuş... Çox sag ol qardaş. Bilmirəm sevinim, yoxsa utanım...", - deyə aparıcı vurğulayıb.
Qeyd edək ki, Türkiyənin məşhur sənətçisi Doğuş teleaparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşıdır. Onlar bu yaxınlarda ailə həyatı qurublar.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре