Aqil Abbas: “Bir dənə də olsun xanıma baxmamışam” - VİDEO

Day.Az представляет новость на азербайджанском языке:

Azərbaycanlı millət vəkilinin məşhur verilişdə şəxsi həyatı ilə bağlı bəzi məqamlar açıqlanıb.

ANS PRESS-in məlumatına görə, "Məchulu tapın" verilişinin qonağı olan azərbaycanlı millət vəkili Aqil Abbas formata uyğun olaraq ekspertlər tərəfindən dəyərləndirilib.

Onların əksəriyyətinin sənətçi barəsində söylədiyi fikirlər doğru çıxıb. Ekspertlərdən biri olan xiromant Vahid Məcidov məchul qonağın şəxsi həyatında sevgi münasibətlərinin çox olduğunu deyib.

Millət vəkili isə haqqında söylənən fikri bu cür cavablandırıb: "Cavan vaxtı yaraşqılı oğlan idim, qız qaytaran gözlərim var mənim. Yaraşıqlı olmaqla yanaşı, qəşəng də geyinib-kecinməyi xoşlayırdım. İnstitutu quratarandan sonra hansısa bir qızdan xoşum gəlib, amma sonra da evlənmişəm. Amma institutda oxuyanda bir dənə də olsun xanıma baxmamışam."

Qeyd edək ki, ANS TV-də yayımlanan sözügedən verilişə dəvət olunan məşhurlar 5 xüsusi qabiliyyətli ekspert tərəfindən tədqiq olunur. Bu ekspertlər kriminalist, psixoloq, numeroloq, ekstrasens və xiromantdır. Onlar məchul qalan qonağın kimliyini tapmalıdırlar.

Videonu izləmək üçün şəkilə klikləyin:


фото