3 uşağını atan qadın evdən qaçmasının səbəbini açıqladı

Day.Az представляет новость на азербайджанском языке.

Xəbəri eşidən qadının həyat yoldaşı dərhal Rusiyadan Azərbaycana gəldi.

İyulun 31-də Ucar rayonunun Qaracallı kəndində evdən qaçan 24 yaşlı Şəlalə Adəm qızı Rüstəmova tapılıb.

Ucar rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, 3 uşaq anası Şəlaləni Ucar rayon Polis İdarəsinin əməkdaşları paytaxtın Nərimanov rayonu ərazisindəki parkların birindən tapıblar. Polis işçilərinin köməyi ilə rayona gətirilən qadın ailəsinə təhvil verilsə də əri, qayınatası və qayınanası Şəlaləni qəbul etməyiblər.

O atasının evinə qayıdıb.

Polis əməkdaşları tərəfindən dindirilən qadın evdən getməsinin səbəbini açıqlayaraq bildirib ki, ərinin ailəsi ilə yola gedə bilmir. "Mən üç uşağımdan da imtina edirəm, rayonda yaşaya bilmirəm, Bakıda yaşamaq istəyirəm" - deyə Ş.Rüstəmova bildirib.

O, həmçinin 20 gün ərzində Bakıda süpürgəçi bir qadının evində qaldığını bildirib.

Şəlalə Rüstəmova iyulun 31-i, gecə saatlarında özünə məxsus qızılları və qayınatasına məxsus mobil telefonu, həyətdə olan avtomobilin açarını götürərək evdən qaçıb. Onun üç azyaşlı övladı var. Rusiyada yaşayan əri Arif Rüstəmov də hadisəni eşidib və evə qayıdıb.