Kişi keçmiş arvadını döydü, sonra qarət etdi

Day.Az представляет новость на азербайджанском языке.

Bakıda kişi özündən 10 yaş kiçik keçmiş arvadını döyüb.

Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda baş verib.

D.Bünyadzadə küçəsində yaşayan 1992-ci il təvəllüdlü A.Nəzrin hadisə ilə bağlı 29-cu Polis Bölməsinə müraciət edib.

Qadın müraciətində keçmiş əri 1982-ci il təvəllüdlü Emil tərəfindən döyüldüyünü bildirib. Hadisə qadının yaşadığı mənzildə baş verib.
 

Kişi keçmiş arvadını döyərək, onun 80 manat pulunu, mobil telefonu və açarlarını götürüb, gedib.
Faktla bağlı araşdırma aparılır.