Bakı-Sumqayıt yolunda dəyişiklik edilir

Day.Az представляет новость на азербайджанском языке.
Milli.Az-ın xəbərinə görə, magistral avtomobil yollarını ayırmaq, həm də təhlükəsizlik məqsədilə quraşdırılan dəmir arakəsmələr son bir neçə gündə müzakirə olunan mövzulardandır. Səbəb Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı sözügedən arakəsmənin sərnişin mikroavtobusunun içərisinə daxil olması nəticəsində insan itkisinin və yaralıların çox olması ilə bağlıdır.
RTV (Region TV) xəbər verir ki, yolların kənarında dəmir arakəsmələrin qoyulması dünyanın bir çox yerlərində tətbiq olunur. Mütəxəssislərin fikirincə hər bir halda yollarda ağır yol-nəqliyyat hadisələrinin baş verməsində birbaşa məsuliyyət sürücünün üzərinə düşür. Avtomobil sahibi avtomagistralda hərəkət zamanı diqqətli olmalı, sürət həddinə əməl etməlidir.
Bakı-Quba-Rusiya Federasiyası avtomobil yolunun yeni təmir olunan hissəsində artıq dəmir arakəsmələr yoxdur. Onların əvəzində yolda beton sədlər qoyulub. Amma, mütəxəssislər beton sədlərə çırpılan avtomobilin daha çox deformasiyaya uğrayacağını bildirir.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə mediaya açıqlamasında bildirib ki, hazırda təmir işləri aparılan Bakı-Quba yolunda dəmir arakəsmələr yığışdırılır. Onların əvəzinə beton arakəsmələr quraşdırılır. Onun sözlərinə görə dünyanın hər bir yerində dəmir arakəsmələrin qoyulması normal haldır. Sadəcə, ölkəmizdə sürücülərin məsuliyyətsizliyindən bu cür hadisələr baş verir. Bu baxımdan da məcburiyyətdən həmin dəmir arakəsmələr beton arakəsmələrlə əvəz ediləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре