Hacı Nuran üçün həyati an

Day.Az представляет новость на азербайджанском языке.

Xərçəng xəstəliyinə qarşı Almaniyada müalicə olunan aparıcı hacı Nuran Hüseynov hazırda ilik transplantasiya əməliyyatı olunur.

Anspress-in məlumatına görə, xərçəng xəstəliyindən əziyyət çəkən teleaparıcının özü sosial şəbəkədə "Ağır transplantasiya əməliyyatı üçün hazırlıq başladı" yazaraq şəkil paylaşıb. Hacı Nuran heyranlarını üzərək əvvəl bildirmişdi ki, ilik transplantasiyası olunacaq və yenidən Bakıya qayıtmaya bilər. Hətta həkimin əməliyyatdan ayılmaması ilə bağlı kağıza qol çəkdirib.

Limfaqranulematoz xəstəliyindən əziyyət çəkən Nuran Hüseynov Avstriyada, Filippində və Almaniyada müalicə alıb. Xəstəliyin müalicəsi böyük maliyyə vəsaiti tələb edir. Nurana kömək məqsədilə onun dostları və həmkarları dəfələrlə xeyriyyə aksiyaları keçiriblər.

Nuran Hüseynov xeyriyyəçilik mövzusunda televiziya verilişləri vasitəsilə sağlam həyat tərzinin təbliği üçün gördüyü işlərlə daha çox hacı Nuran kimi tanınır. İdmana böyük marağı var və 13 il üzgüçülüklə və 2 il şahmatla məşğul olub. "Bakı-2015" Birinci Avropa Oyunlarının Ulduz Elçilər komandasının üzvü olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.