https://news.day.az/azerinews/1090093.html "Aquaman" yeni rekord vurdu - FOTOLAR

"Aquaman" yeni rekord vurdu - FOTOLAR

Azərbaycanca, 7 февраля 2019 15:08 (UTC +04:00) 935
"Aquaman" yeni rekord vurdu

Day.Az представляет новость на азербайджанском языке

"Aquaman" filmi ABŞ-da "Disney" və "Universal" studiyalarında çəkilməmiş ilk lentdir ki, nümayiş seanslarıdan əldə edilmiş vəsait 1,1 milyard dollara yaxınlaşır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu minvalla film "DC Comics"in komiksləri əsasında çəkilmiş "The Dark Knight Rises" blokbasterini də geridə qoyub.

Baş rolda Ceyson Momoanın oynadığı "Aquaman" filminin 2012-ci ildə 1,108 milyard dollarlıq boks-offisə nail olmuş "Skyfall" lentini artıq bu həftə üstələcəyi şübhə doğurmur.

Beləliklə, "Aquaman" son 8 ildə "Disney" və "Universal" studiyalarının "uğur inhisar"ına son qoyub.

Xatırladaq ki, "New Line" studiyasının çəkdiyi "Lord of the Rings: The Return of the King" filmi 2003-cü ildə 1,112 milyard, "Paramount/Viacom"un çəkdiyi ,"Transformers: Dark of the Moon" filmi 2011-ci ildə 1,124 milyard, "Warner Bros." studiyasında çəkilmiş "Harry Potter and the Deathly Hallows Part II" lenti 2011-ci ildə 1,34 milyard dollar toplamışdı.

Absolyut rekord isə "Fox/Paramount" studiyasında çəkilmiş "Titanic" filminə (2,187 milyard) və "Fox" studiyasının məhsulu olan "Avatar" a (2,787 milyard dollar) məxsusdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
  • "Aquaman" yeni rekord vurdu
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости