https://news.day.az/azerinews/1106151.html Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə - FOTO - VİDEO

Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə - FOTO - VİDEO

Azərbaycanca, 29 марта 2019 18:47 (UTC +04:00) 1 299
Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə

Day.Az представляет новость на азербайджанском языке

Naxçıvan Ali Məclisinin deputatı Anar İbrahimov martın 28-də Ermənistanda keçirilən Avropa Birliyi-Şərq Tərəfdaşlığı formatı platformalarından biri olan Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlər Konfransının (Conference of Regional and Local Authorities for the Eastern Partnership - CORLEAP) 14-cü Büro toplantısında iştirak üçün Yerevana gedib. 

Oxu.Az-ın məlumatına görə, o, Yerevanda Göy Məscidi ziyarət edib. 

"Bu gün fürsət tapıb Yerevanda Göy Məscidi ziyarət etdim. 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın tikdirdiyi Göy Məscid şəhərin türk-islam siyasi, dini və mədəni irsindən qalan yeganə yadigarımızdır. Ziyarət və ibadət etdim. Yerevanın mərkəzində yerləşən bu abidə millətimizin şanlı keçmişinin işarəsi kimi hər zaman bizi özümüzə və özgələrə xatırlatmağa davam edəcək", - deputat bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Азербайджанский депутат побывал в

  • Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə
  • Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə
  • Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə
  • Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə
  • Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə
  • Azərbaycanlı deputat Yerevandakı Göy Məsciddə
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости