Hindistan Türkiyəyə qarşı “erməni kartı”nı işə saldı: Yeni-Delhi Ankara ilə rəqabətə… - VİDEO

AzTV-də yayımlanan "Həftə" analitik-informasiya proqramında aparıcı Rövşən Məmmədov Hindistanın Ermənistanla yaxınlaşmasını və Türkiyə-Pakistan əleyhinə yönələn addımlarını şərh edib. Məmmədov, Hindistanın İsrail-İran münaqişəsi zamanı Ermənistan ərazisindən istifadə edildiyinə görə təşəkkür etməsini və 1915-ci il uydurma "erməni soyqırımı"nı tanıyacağına dair mesajlarını tənqid edib.
"Hindistana məxsus "The Week" jurnalı isə açıq şəkildə yazır ki, Nyu-Dehli Cənubi Kiprdə, Yunanıstanda və Ermənistanda öz iştirakını genişləndirməyə çalışır, məqsəd Türkiyənin regiona artan təsirinin qarşısını almaqdır. Ancaq əhalisinin ən azı 70 faizi dilənçi günündə yaşayan hindlilər bu məsələdə də çətin ki, istəklərinə çatsınlar. Elə Pakistana qarşı həyata keçirilən haqsız hücumlar və bu zaman aldıqları tutarlı cavab zərbələri də təsdiq edir ki, Hindistan nə qədər özünü reklam etsə də, güclü dövlət kimi göstərməyə çalışsa da nə hərbi potensial, nə də iqtisadi gücbaxımından Türkiyə və Pakistanla əsla rəqabət apara bilməz. " -deyə, Rövşən Məmmədov şərh edib.
Verilişdə həmçinin Ermənistanın daxilində baş verən siyasi təlatümlər, Rusiya ilə əlaqəli siyasətçilərə qarşı atılan hüquqi addımlar və bunun radikal müxalifətə təsiri də təhlil olunub.
Mövzu ilə bağlı daha ətralı məlumat keçiddə:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре