“Oxbridge Academy” növbəti  tədris ilinə yeniliklərlə başlayacaq

Dünyanın 100-ə yaxın ölkəsində təmsil olunan "Pearson" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi "Oxbridge Academy" növbəti  tədris ilinə yeniliklərlə başlayacaq. Ölkənin ən prestijli orta ümumtəhsil məktəblərindən biri olaraq beynəlxalq standartlarda təhsili əlçatan edən "Oxbridge Academy",  2019/2020-ci tədris ilində yuxarı sinif şagirdlərinə öz seçimlərindən asılı olaraq Böyük Britaniyanın "King's Education University Foundation" proqramı və "Harvard Business School" proqramını təklif edəcək. Proqramı uğurla başa vuran şagirdlər müvafiq diplomlarla təltif olunacaqlar. 

Qeyd edək ki, 2014-cü ildə Beynəlxalq Təhsil Mərkəzi olaraq fəaliyyətə başlayıb, 2016-cı ilin sentyabr ayından isə  Təhsil Nazirliyinin lisenziyası əsasında orta  ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən "Oxbridge Academy"nin məzunlarının sorağı dünyanın güclü təhsil ocaqlarından gəlir. 

Tədris proqramı Böyük Britaniya təhsil sisteminin tələblərinə əsasən tərtib edilən  bu  məktəbdə dərslər dünyanın ən aparıcı təhsil şirkətlərindən olan, 150  illik tarixə malik "Pearson"un EDEXCEL proqramı əsasında inglis dilində aparılır. Təhsilini uğurla başa vuran şagirdlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin tam orta təhsil haqqında attestatı ilə yanaşı, Edexcel (Pearson) tərəfindən Britaniya standartlarına uyğun beynəlxalq tam orta təhsil sertifikatı - "A Level" diplomunu da  əldə edirlər.  

Burada aldıqları təhsil,  tətbiq olunan beynəlxalq təcrübə və  proqramlar sayəsində əldə etdikləri mükəmməl biliklər şagirdlərə təhsilin növbəti pilləsini həm Azərbaycan universitetlərində, həm də ABŞ və Avropanın nüfuzlu ali təhsil müəssisələrində davam etdirmək imkanı yaradır. Hazırki tədris ilində  beynəlxalq  universitetlərə  abituriyent qəbul prosesinin  hələ yekunlaşmadığını nəzərə alsaq, 2019-cu il istisna olmaqla indiyə qədər 3 dəfə məzun buraxılışı edən "Oxbridge Academy" məzunları dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə daxil olurlar. Onların arasında California Institute of Technology, King's College University of London, University of Roehampton, University of New York Prague, Bahceshehir University, Bournemouth University, Vanderbilt University, Warwick University, CAS Business School, University of Wisconsin, Moscow State Institute of International Relations, Warwick University,  ADA Universiteti və başqa bu kimi digər ali təhsil ocaqları var. Məktəbin məzunlarının yerli universitetlərə qəbulu isə  SAT imtahanı vasitəsilə aparılır. 

Bu  il məktəbin  10-cu  sinfinin 7 şagirdi  İKT  üzrə  BTEC (Business Technology Education Council) sertifikatı alıb. Bu Azərbaycanda bir ilkdir və növbəti tədris ilində  "Oxbridge  Academy" bu sferanı da genişləndirərək  şagirdlərinə biznes, səhnə incəsənəti üzrə BTEC  proqramlarını da təklif edəcək.  

Hazırda 380  şagirdin təhsil aldığı, yüksək ixtisaslı yerli və xarici müəllimlərdən ibarət pedaqoji heyətə malik olan  "Oxbridge Academy"də dərslər müasir şəraitə malik sinif otaqlarında ən yeni tədris metodlarından istifadə olunmaqla keçirilir. Akt zalı, kitabxana,  idman zalı, futbol və uşaq meydançaları,  laboratoriyalar,  yeməkxana ən müasir tələblər səviyyəsində qurulub. Sentyabr ayından başlayaraq isə tədris məqsədilə istifadəyə kiçik əkin sahəsi də veriləcək.  

Hər növbəti tədris ilində yeni layihələrə imza atan bu təhsil ocağı 2019/2020-ci tədris ilində də yeni proqram və layihələr çərçivəsində şagirdlərinin hərtərəfli inkişafı üçün çalışmağa davam edəcək.