https://news.day.az/azerinews/1164392.html
Azərbaycanın ən böyük ticarət mərkəzilərindən biri sökülür
Tez-tez yanğınların baş verdiyi Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində söküntü işlərinə başlanılıb. Day.Az Bizimyol.info-ya istinadla xəbər verir ki, söküntü işləri ticarət mərkəzinin şərti olaraq "Birinci ərazi" adlandırılan yerdə aparılıb. Bu ərazidə yenidənqurma işlərinin aparılacağı bildirilir.
Azərbaycanın ən böyük ticarət mərkəzilərindən biri sökülür

Tez-tez yanğınların baş verdiyi Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində söküntü işlərinə başlanılıb.
Day.Az Bizimyol.info-ya istinadla xəbər verir ki, söküntü işləri ticarət mərkəzinin şərti olaraq "Birinci ərazi" adlandırılan yerdə aparılıb.
Bu ərazidə yenidənqurma işlərinin aparılacağı bildirilir.
Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülüb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре