Əcnəbilərlə evlənən Azərbaycan vətəndaşlarının sayı artıb

Əcnəbilərlə nikah bağlayan və onlardan boşanan Azərbaycan vətəndaşlarının sayı artıb.
Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ildə Azərbaycan vətəndaşları ilə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında 2270 nikah bağlanıb. 2018-ci ildə belə nikahların sayı 2256, 2017-ci ildə 2429 olub.
Ötən il əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə nikah bağlayanların 1160-ı qadın, 1110-u kişi olub.
Ötən il Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya, Türkiyə, Gürcüstan, İran, Ukrayna vətəndaşları ilə nikaha daxil olublar.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре