Zəngəzur dəhlizi və maraqlar
Sentyabrın 27-də İkinci Qarabağ müharibəsinin qələbəmizlə başa çatdı. Şanlı ordumuz 44 gün ərzində düşmən tapdağında olan torpaqlarımızı azad etdi. Mənfur düşmənimiz ermənilərin başını əzdik.
Döyüş meydanında məğlub olan Ermənistan Noyabr ayının 10-da kapitulyasiya aktını imzalamağa məcbur edildi.
Bəyanat 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında imzalanmışdır.
Bu bəyannamənin şərtlərində təkcə hərbi əməliyyatların dayandırılması deyil, həm də nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulub. Daha dəqiq imzalanan üçtərəfli bəyannamənin 9 maddəsində qeyd edilir ki, bölgədə iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Belə olduqda Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanla Azərbaycanın əsas ərazisi arasında quru əlaqə təmin edilməlidir. Hazırda gündəmdə olan əsas məsələlərdən biri də, Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizin açılmasının bölgə və regional iqtisadiyyata müsbət təsiri olacaq. Qismən blokadada olan Naxçıvan Muxtar Respublikasının Azərbaycanla birbaşa quru yolla əlaqəsi təmin ediləcək. Zəngəzur dəhlizi Türkiyə ilə Azərbaycan arasındakı məsafəni 400 km azaldacaq. Bu isə xərclərin azalması həm də, ticarətlə məşğul olanların arasıda rəqabətin genişlənməsi deməkdir. Dəhlizin açılması türkdilli ölkələrin iqtisadiyyatına müsbət təsir göstərəcək.
Sual oluna bilər ki, dəhlizin açılmasında Ermənistanın və Rusiyanın maraqları nədir?
Bu dəhliz ölkəmizə necə xeyir verəcəksə Rusiya və Ermənistana da dvidentlər gətirəcək. Doğrudur Ermənistan buna qarşı çıxmasına baxmayaraq sonda buna razılaşacaq. Həm bəyannamənin şərtlərinə görə həm öz xeyirlərinə görə.
1. Ermənistan bu dəhlizin açılmasıyla blokadadan çıxır.
2.Maddi gəlir əldə edəcək.
3. İranla birbaşa dəmiryolu əldə edəcək.
Rusiya isə dəhlizin açılmasında həm iqtisadi həm siyasi maraqlar güdür.
Ermənistan razı olmasa da, Rusiya Ermənistanı buna məcbur edəcək. Hər birimiz bilirik ki, Ermənistanın dəmiryollarını idarə edən Rusiyadır.
Nəzəri cəhətdən fikirləşək ki, Ermənistan buna razı olmadı. Bu zaman Laçın dəhlizin bağlanmasıyla bağlı Azərbacanın təzyiqlərinə məruz qalacaq. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Paşinyan seçkilərdə qalib gələrsə Zəngəzur dəhlizinin açılmasında ciddi problemlər olmayacaq.
Prezident İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Zəngəzur dəhlizinin açılması məsələsindən danışması bu məsələnin həm ölkəmiz üçün həm də bölgəmiz üçün xüsusi önəmi olduğunu bir daha göstərdi.
Fərid Zöhrabov
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре