Güclü qar səbəbindən Bakı-İstanbul-Bakı axşam reysi də ləğv edilib - YENİLƏNİB

20:29
İstanbulda yağan güclü qar səbəbindən Bakı-İstanbul-Bakı (J2 077/078) axşam reysi də ləğv edilib.
Trend xəbər verir ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin (J2 075/076) sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər.
Qeyd edək ki, qarın yağması səbəbindən İstanbul hava limanı istiqamətində nəqliyyatın hərəkəti ciddi şəkildə çətinləşib.
----------
20:06
İstanbul-Bakı-İstanbul üzrə bir neçə aviareys təxirə salınıb.
Trend-in məlumatına görə, bu, İstanbula güclü qar yağması səbəbindən olub.
Belə ki, yanvarın 24-də TK334-335, yanvarın 25-də TK338-337, TK338-337 İstanbul-Bakı-İstanbul və TK7702-7703 Sabiha Gökçen-Bakı-Sabiha Gökçen reysləri təxirə salınıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре