Bu dondurmaları

Beynəlxalq İnteqrativ Qidalanma İnstitutunun təsisçisi Nata Qonçar müsahibəsində dondurmanın yenidən dondurulduğuna şübhə olduqda onu almamağı tövsiyə edib. 

Day.Az lent.az-a istinadən bildirir ki, saxlama və daşıma qaydalarının pozulması səbəbindən bu hal bir neçə dəfə baş verə bilər. 

Dietoloq yarana biləcək mikrobların orqanizmdə patoloji dəyişikliklərə səbəb ola biləcəyini vurğulayıb.

O bildirib ki, ərimiş dondurma qızılı stafilokok xəstəliyinin yaranmasına səbəb olur.

Belə ki, bakteriyaların çoxaldığı korlanmış məhsulun istifadəsi ishal, qızdırma, qastrit və enterokolit, mədə-bağırsaq traktının, selikli qişaların zədələnməsinə və hətta zəhərli şoka səbəb ola bilər.