https://news.day.az/azerinews/1488721.html
İtaliya sahillərində iki azərbaycanlı miqrant xilas edilib
İtaliyanın Salento yarımadasının sahillərində katamaranla səyahət edən 59 miqrant xilas edilib. Trend İtaliya KİV-lərinə istinadən xəbər verir ki, miqrantları xilas edilməsi üçün İtaliyanın Qızıl Xaç Komitəsinin və Sahil Mühafizəsinin əməkdaşları cəlb edilib.
İtaliya sahillərində iki azərbaycanlı miqrant xilas edilib
İtaliyanın Salento yarımadasının sahillərində katamaranla səyahət edən 59 miqrant xilas edilib.
Trend İtaliya KİV-lərinə istinadən xəbər verir ki, miqrantları xilas edilməsi üçün İtaliyanın Qızıl Xaç Komitəsinin və Sahil Mühafizəsinin əməkdaşları cəlb edilib.
Katamaran yerli vaxtla səhər saat 6 radələrində Santa-Maria-di-Leuka limanına yanaşıb.
Məlumata əsasən, 59 miqrantdan 2-si Azərbaycan, 7-si Fələstin, 7-si Suriya, 18-i İraq, 25-i isə İrandan olub.
Miqrantlar müvəqqəti olaraq "Masseriya Qermi" mərkəzində yerləşdiriləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре