https://news.day.az/azerinews/1496362.html
Kraliça II Elizabetinin heykəli ucaldıla bilər - Londonun Trafalqar meydanında
Londonun mərkəzində XIX əsrin 40-cı illərinin əvvəllərində Trafalqar meydanının künclərində quraşdırılmış dörd postamentdən birini tutaraq Kraliça II Elizabetinin atlı heykəli ucaldıla bilər. Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə "The Times" qəzeti xəbər verib.
Kraliça II Elizabetinin heykəli ucaldıla bilər - Londonun Trafalqar meydanında

Londonun mərkəzində XIX əsrin 40-cı illərinin əvvəllərində Trafalqar meydanının künclərində quraşdırılmış dörd postamentdən birini tutaraq Kraliça II Elizabetinin atlı heykəli ucaldıla bilər.
Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə "The Times" qəzeti xəbər verib.
Məlumata əsasən, Böyük Britaniya Nazirlər Kabinetinin üzvləri hazırda Bukinqem Sarayının nümayəndələri ilə bu planı müzakirə edirlər.
Böyük Britaniyada 70 il 7 ayını taxtda keçirmiş II Elizabetin yalnız bir heykəli var. Abidə Londonun qərbində yerləşən Böyük Vindzor Parkının ərazisində ucaldılıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре