Yüksək təzyiqin ilginc səbəbi - Telefon və media...
Telefonda çox vaxt keçirmək hipertoniyaya tutulma riskini 25 faizə qədər artıra bilər.
Day.Az Medicina.az-a istinadən xəbər verir ki, elmi araşdırmalar telefon danışıqlarının və sosial medianın qan təzyiqinə mənfi təsir etdiyini sübut edib.
Gündə cəmi 45 dəqiqə telefonda vaxt keçirmək və sosial medianı izləmək təzyiq xəstəliyinin əsasını qoya bilir.
Cənubi Quançjou Tibb Universitetinin professoru Siyanhuey Sinin sözlərinə görə, ürək sağlamlığı üçün insanların telefonla danışmağa sərf etdiyi dəqiqələrin sayı vacibdir: dəqiqələr nə qədər çox olarsa, hipertoniya riski də bir o qədər yüksəkdir. Bu isə gələcəkdə ürək xəstəliyi deməkdir.
İstər dostunuzla telefonda danışırsınız, istərsə də iş üçün söhbət edirsinizsə,sərf olunan vaxtı minimuma endirmək tövsiyyə olunur.
Araşdırmanın nəticələri göstərib ki, sutkada yarım saatdan çox telefonla danışan insanlar hipertoniyaya 12 faiz daha çox meyllidir. Üstəlik, həftədə altı saat telefon danışığı riski 25 faiz artırıb.
Sosial şəbəkələr və gündəlik zənglərin müddəti 30 dəqiqədən çox olmadıqda, hipertoniya inkişaf riskinə təsir göstərə bilməz.
Yadda saxlamaq lazımdır ki, telefonun yanında yatmaq olmaz. Elektromaqnit şüalanma bioritmlərimizə təsir edir, bu da yuxusuzluğa, kabuslara və tez-tez gecə oyanmasına səbəb olur.
Hipertoniyanın inkişaf riskinin faizi birbaşa həftədə mobil telefonlardan istifadə müddətindən belə asılıdır:
30-50 dəqiqə - 8 faiz
1 saatdan 3 saata qədər - 13 faiz
4 saatdan 6 saata qədər - 16 faiz
6 saatdan çox - 25 faiz
Mobil qurğular demək olar ki, bütün bədənimiz tərəfindən udulan radiotezlik enerjisi yayır. Buna əsasən, təkcə qan təzyiqi deyil, həm də görmə, yaddaş, eşitmə və psixo-emosional rifahs mənfi təsir göstərir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре