https://news.day.az/azerinews/1646429.html
Bərdədə yol qəzası: xəsarət alanlar var - FOTO
Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Day.Az-ın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb. Belə ki, 09-BT-866 dövlət qeydiyyat nişanlı VAZ-21011 markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış vəziyyətdə olan 2 avtomobili və 3 nəfəri vurub.
Bərdədə yol qəzası: xəsarət alanlar var - FOTO
Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Day.Az-ın yerli müxbiri xəbər verir ki, hadisə rayonun Lək kəndində qeydə alınıb.
Belə ki, 09-BT-866 dövlət qeydiyyat nişanlı VAZ-21011 markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında dayanmış vəziyyətdə olan 2 avtomobili və 3 nəfəri vurub.
Hadisə nəticəsində avtomobildə olan sərnişinlə bərabər 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре