Bakının bu prospektində qısamüddətli təmir işləri aparılır

Nəsimi rayonu, Alı Mustafayev keçəsi, "20 Yanvar", Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Koroğlu" metro stansiyaları istiqamətində yolda qısamüddətli təmir işləri aparılır.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilir ki, bu məqsədlə zolaqlardan biri qismən məhdudlaşdırılıb. Sürücülərə hərəkət zamanı diqqətli olmaları tövsiyə olunur.